Prezident İlham Əliyevin son addımları çoxsaylı suallar
doğurub. Ölkə başçısı nə etmək istəyir? İslahatlar başladı, yoxsa baş verənlər prezidentin
vətəndaşlarla görüşündə fərqli texnologiyanın tətbiqidir? 16 illik
prezidentliyi dövründə ilk dəfədir ki, İlham Əliyev xalqla bu dərəcədə yaxından
birbaşa təmasa girir.
Bu dəfə icra strukturlarının inzibati resurslarından
istifadə etmədən özü sadə vətəndaşların arasına çıxır, onları dinləyir,
anındaca reaksiya verir. Nədir bütün bunlar? Demokratik açılım başladı? Nə baş
verdi ki, dövlət rəhbəri idarəetmədə bu dərəcədə ciddi dönüşlərə getdi? Yəni,
doğrudanmı “Məhsul” stadionunda keçirilən son miitinq hakimiyyət dəhlizlərində
bu qədər təşvişə səbəb oldu?
Ciddi bir analitik üçün bu amil ancaq köməkçi
element kimi dəyərləndirilə bilər. Deməli, səbəb son etiraz akksiyası ilə bağlı deyil. İlk öncə “nə baş verir”
sualına cavab axtaraq.
Beləliklə...
Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız
siyasi texnologiya elementləri deyil, ənənəvi idarətetmə içində seçilən tamailə
yeni siyasi kursdur. Yəni, baş verənlər yalnız PR elementləri deyil, yeni
yanaşmadır. Kabinetlərdə yuxulu məmurların hazırladığı bayağı kursdan fərqlənən
bu yeni siyasi kursun üzə çıxartdığı bir nüans mövcuddur. Artıq prezident və
birinci vitse-prezidentin olimpi fəth etmək uğrunda savaşından heç kəs danışmır. Prezident və Birinci vitse-prezident
birlikdə yeni siyasi xətti aparırlar və bu baxımdan erkən prezident seçkiləri
ilə bağlı elə həmin mürgüləyən məmurcığazların dövriyyəyə buraxdığı
dezinformasiyalar alt-üst oldu.
Məlumatlara görə, ölkə rəhbərliyi bir- neçə mənbədən
təkliflər paketi alır və dəyərləndir.
Yeni ekspertlər “Əli Kərimlinin şəxsi həyatına müdaxilə edin”, “radikal,
dağıdıcı müxalifət xalqı qırğına aparır”, “Leyla Yunusun anası ermənidir” kimi
tezisləri saytlara, bloqlara, sosial şəbəkələr sırıyan köhnəlmiş ideya müəlliflərindən
fərqli olaraq, daha optimal təkliflərlərlə çıxış edirlər. Kreditlərlərlə bağlı qərar, sosial şəbəkələrin izlənilməsi və oradakı təkliflərin
dəyərləndirilməsi, telefon zəngi (Rasim Balayev nümunəsi) kimi təkliflərlə
çıxış edirlər. Ən təqdirəlayiqi budur ki, rəhbərlik bu təklifləri şəxsən dəyərləndirir
və son qərarı özü verir.
Qərb ölkələrinin idarəetməsi modelində ekspertlərə ayrılan rol artıq Azərbaycanda da işləməyə başlayıb. Bütün bu təklifləri verənlər indiyə qədər “söyün, təhqir edin” tezisini verən komanda deyil. Əlbəttə ki, təhqirlərə təhqirlə cavab verilir və heç kəs bu yuxulu məmurcığazları söymür. Bu söyüş siyasətinin nəticəsində ölkə başçısı hədəf seçilir, həmin balaca məmurları yada salan belə olmur.
Bir sözlə, güc dinamikasi islahatci təfəkkürdə
olanlarin lehinə dəyişməkdədir. Bu isə “qara kassaya” nəzarət edən “müxalifətdəkilər
mavidir” yazdıran köhnə zehniyyatın sonunu gətirir. Deməli, prezident və
birinci vitse-prezidentin apardığı xəttə qarşı onların müqaviməti olacaq. Lakin
kim müqavimət göstərəcək? Trollar ordusu, yoxsa təhqirlər yazan jurnalistlər?
Özünə hörmət edən qələm sahiblərinin heç biri “müxalifət liderləri mavidir”
tezisini yazmaq istəmirlər. Heç bir şantaj onları buna vadar edə bilməz. Burada
bir məqama da toxunmaq lazım gəlir.
Jurnalistlərə
verilən mənzillər (söhbət əsl jurnalistlərdən gedir – A.R.) onların haqqıdır.
30-40 il mətbuatda əziyyət çəkən və baş redaktorlardan fərqli olaraq acınacaqlı
şəraitdə yaşayan qələm əhlinə mənzili prezident İlham Əliyev hədiyyə edib. Heç
bir məmurcığaz bu mənzili jurnalistin əlindən ala bilməz və onu “sənə ev
vermişik” şantajı ilə söyüş yazmağa vadar edə bilməz. Bu evlər sizin yox, ölkə
başçısının hədiyyəsidir. Bu barədə etdiyiniz şantajlardan ölkə başçısının xəbəri
olarsa, vəziyyətinizin necə olacağını düşünün!
Bu kimi şantajların nəticəsində xaricdəki mühacirlər
ölkə başçısı və onun ailəsini təhqir etməyə başladılar. Anlamaq lazımdır. Belə yanaşma ilə 21-ci əsrdə
insanları idarə etmək mümkün deyil. Ölkə başçısı nələrisə dəyişmək istəyir.
Bürokratik daş hasar ona imkan vermir. Prezident birbaşa təmaslara başlayır və
məmur ordusuna, artıq yükə çevrilən YAP təfəkkürünə ciddi zərbələr endirir.
İctimai rəy dövlət başçısının xeyrinə dəyişir və “həbs edin, telefon zəngi ilə
jurnalisti işdən qovdurun, söyüş yazmağa vadar edin” tezislərinin müəllifləri
artıq öz önəmlərini itirirlər. Əslində, bunu edənlər heç şöbə rəhbərləri də
deyil, onların adından istifadə edən balaca (amma özlərini böyük hesab edən) məmurcığazlardır.
Artıq onlar da çemodanlarını yığmağa hazırlaşırlar. Öz şöbə rəhbərlərinə,
Prezidentə, Birinci vitse-prezidentə ən böyük zərbəni vuran bu insanlardan yaxa
qurtarmağın zamanı çoxdan çatıb.
Ölkə başçısının Mirşahinə verdiyi müsahibə maraq
doğurdu. Şahinin istedadı daha maraqlı suallar verməyə yetərincə idi. Buna da
mane oldular. Prezident Davosda verdiyi müsahibələr zamanı sübuta yetirdi ki,
o, ən sərt suallara cavab vermək qabiliyyiyətindədir. Belə xidmət heç kəsə
lazım deyil, ölkə rəhbərinə isə heç lazım deyil.
Prezidentin
Rasim Balayevə telefon zəngi etməsi gözəl jest idi. Əgər prezident bu dəfə sıravi
bir jurnalistə (qətiyyən baş redaktora deyil) zəng etsə, yüzlərlə jurnalist
üçün bu xəbərin nə anlam daşıdığını dərk edən varmı?!
Rusiyanı nəzərə almasaq, siyasi hakimiyyətə qarşı
xarici təzyiqlər böyük deyil. “Paşinyan modeli” də artıq aktuallığını
itirir. İlham Əliyev xalqın arasında
olur və belə “sürprizlər”in qarşısını alır.
Başlıca suala cavab verək. Baş verənlər
islahatdırmı? Oqtay Şirəliyevin səhiyyə naziri olduğu, gömrükdə rüşvətin at
oynatdığı bir ölkədə islahatdan danışmaq hələ çox tezdir. Azad media, məhkəmə
islahatı, polisdəki özbaşınalıq, icra başçılarının harınlığı fonunda da islahatdan
danışmaq mümkün deyil. Enerji daşıyıcıları ilə bağlı, sosial təminatlarla bağlı
müsbət qərarların veriləcəyi ehtimalı böyükdür. Bu sıraya azad medianın yenidən
qurulması (korruspiyaya uğraşmış jurnalistləri uzaq tutmaq şərti ilə), siyasi məhbus probleminin həll edilməsi də
daxildir.
Bu gün ölkədə müstəqil analitik və sorğu mərkəzləri
mövcud deyil. Belə mərkəzlərin rəhbərliyində müstəqil insanlar durmalıdır.
Obyektiv rəy sorğusu keçirilərsə, ölkə başçısının reytinqinin yüksək olduğu üzə
çıxar. Amma bu nəticələri hakimiyyətpərəst biri təqdim edərsə, onun
obyektivliyinə heç kim etibar eləməyəcək.
İlham
Əliyev dəyişiklik tərafdarıdır. Problemləri araşdırmaq üçün sosial şəbəkələri
izləyir. Bu baxımdan, ona problemləri çatdırmağa cəsarəti və mədəniyyəti çatan
insanlarla təmasa ehtiyac var. Azərbaycan hamımızn vətənidir. Problemləri
birlikdə həll etməliyik. Amma yeni yanaşma ilə...
Azər
Rəşidoğlu
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.